"Gün ərzində iki dənə məktəbdə azyaşlı oğlanların yuxarı sinif şagirdləri tərəfindən zorlanması xəbərini almışam".
"Unikal" xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat paylaşıb. O bildirib ki, bəziləri hədə-qorxu ilə buna məruz qalıb.
"Ciddi mənada bu problemlərlə məşğul səlahiyyətli şəxslərə ehtiyac var. Məktəblərdə uşaqlarla fərdi söhbət aparacaq və uşaqların güvənini qazanan bir səlahiyyətli şəxs olsa, bu məsələlərdə prenvetiv addım olar".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, məsələ nəzarətə götürülüb, araşdırılır, zəruri tədbirlərin görülməsi təmin olunacaqdır.
Seymur Əli