Məktəblərə təsbeh və saqqız gətirmək qadağan ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nda qeyd olunub.
Belə ki, aşağıdakı əşyaları ümumi təhsil müəssisəsinə gətirmək qadağandır: kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr.
Qaydalarda qeyd olunub ki, məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi qanuna əsasən müəyyənləşdirilir.