Qırğızıstan parlamenti Tacikistanla sərhəddə yerləşən Batken, Alai və Çon-Alay kəndlərinin sakinlərinə sadələşdirilmiş qaydada silah almağa icazə verən və ölkədə könüllü səfərbərliyi nəzərdə tutan qanun layihəsini qəbul edib.
"Unikal" xəbər verir ki, Qırğızıstanın mülki sərhəd komissarlarının adı dəyişdirilərək “sərhəd müdafiəçiləri” adlandırılıb .
Bundan əlavə, Qırğızıstan indi 18 yaşdan yuxarı sağlam vətəndaşların könüllü səfərbərliyini təmin edir və ölkə prezidenti Sadır Japarov yeni qaydalara əsasən, hərbi vəziyyət elan etmədən qismən səfərbərlik elan edə bilər.
Sentyabrın 16-da səhər saatlarında Qırğızıstan və Tacikistan sərhədində silahlı qarşıdurma yenidən başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. Qırğızıstanla Tacikistan arasında sərhədin bir hissəsi SSRİ-nin dağılmasından bəri həll olunmayıb. Ən kəskin vəziyyət Qırğızıstanın Batken vilayətində və Tacikistanın Suqd vilayətindədir. Tacikistanın Vorux eksklavı ətrafında da problemlər yaranır.
Bundan əvvəl Qırğızıstan Tacikistanı sərhəd yaxınlığında döyüş mövqeləri hazırlamaqda ittiham edib .
Gültəkin Ələsgər