Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycanda səfərdə olarkən qəzaya düşən Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyadan olan millət vəkili Şamil Ayrımın, həmçinin avtomobildə olan mühafizəçinin səhhəti barədə məlumat verib.

"Unikal" xəbər verir ki, o, bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Mən onlarla əlaqə saxladım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır və qəzadan yüngül xəsarətlərlə qurtulublar”, - nazir qeyd edib.

21:11

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan proqramı çərçivəsində Qarabağda olan AK Partiya sədr müavini Binəli Yıldırım yol qəzası keçirib.

"Unikal" xəbər verir ki, Yıldırımın səhhətinin yaxşı olduğu bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan proqramı çərçivəsində Qarabağda olan Binəli Yıldırımı daşıyan avtomobil Cəbrayıldan dönərkən  qəzaya uğrayıb.

Qəza nəticəsində təhlükəsizlik yastıqları açılan avtomobildən çıxarılan B. Yıldırım təcili yardımla hadisə yerini tərk edib.

Onun səhhətinin yaxşı olduğu və Türkiyəyə qayıtması üçün helikopterlə hava limanına aparılacağı bildirilib.

Gültəkin Ələsgər