Ağsunun keçmiş başçısı istintaq çəkilir
11:06 06-03-2013
CƏMİYYƏT
“Keçmiş icra başçısı Nizami Ələkbərov İsmayıllı hadisələrinə görə mütləq dindirilməlidir”. Bunu Modern.az-a açıqlamasında İsmayıllı hadisələrində təqsirli bilinərək həbs olunan REAL hərəkatının sədri İlqar Məmmədovu müdafiə edən vəkil Fuad Ağayev bildirib. İstintaqın gedişi ilə bağlı onlara məlumat verilmədiyini deyən F.Ağayev deyib ki, qanunun tələbinə uyğun olaraq sabiq icra başçısı İsmayıllıda baş verən hadisələrə görə istintaqa cəlb olunmalı, ifadəsi alınmalıdır.
“Nizami Ələkbərovun ifadəsinin alınması haqda məlumatım yoxdur. İstintaq qapalı aparıldığından bu haqda məlumatım verilmir. Məsələyə hüquqi baxımdan yanaşsaq, sabiq icra başçısı mütləq dindirilməli, ifadəsi alınmalıdır”-deyə vəkil bildirib.
İsmayıllı hadisələrində tutulan şəxslərlə əlaqə saxlayan vəkil Xalid Bağırov da istintaqın gedişi ilə bağlı onlara məlumatın verilmədiyini bildirib. Vəkil həbs olunan İsmayıllı sakinlərinin saxlanma şəraitindən narazı olmadıqlarını bildirərək, onlara hər hansı zor, fiziki təzyiqin göstərilmədiyini deyib.
X.Bağırovun sözlərinə görə, saxlanılan rayon sakinləri yeni icra başçısının onlara kömək edəcəyinə ümid edirlər. Vəkil həmçinin İsmayıllıda baş verən hadisələrə görə açılan cinayət işi ilə bağlı sabiq icra başçısının istintaqa cəlb olunmasının vacib olduğunu vurğulayıb.
“İsmayıllı hadisələrində təqsirləndirilən şəxslərin saxlanma şəraitindən narazılıqları yoxdur. Onlar ümid edirlər ki, azadlığa buraxılmaları üçün yeni icra başçısı kömək edəcək. Təbii ki, cinayət işi açılıbsa, qanunun tələbinə müvafiq olaraq sabiq icra başçısı dindirilməlidir. Onun istintaq cəlb olunub-olunmadığından xəbərsizəm”.
İsmayıllının sabiq icra başçısı Nizami Ələkbərov bir müddət əvvəl mətbuata verdiyi müsahibəsində istintaqla əlaqədar prokurorluq orqanlarına çağırılmadığını deyib.
Qeyd edək ki, İsmayıllının yeni icra başçısı Mirdamət Sadıqov da rayon sakiləri ilə görüşündə bir neçə dəfə bu məsələyə toxunaraq, əlindən gələn köməyi edəcəyini bildirib. İcra başçısı tutulanların azad olunması üçün müvafiq qurumlarla mütəmadi təmasda olduğunu deyib, onların buraxılacağına çalışdığını vurğulayıb.
İsmayıllı sakinləri Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov, Elşən Qurbanov, Səxavət Səmədov, Xəyal Şaranov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 12:17:57
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08