Cəbrayıl rayonunda təməli qoyulan Azərbaycan-Türkiyə beynəlxalq təlim-tədris mərkəzinin ərazisində "Dostluq meşəsi" yaradılacaq.
"Unikal"ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, "Dostluq meşəsi" 20 hektara yaxın ərazini əhatə edəcək.
"Mərkəzin ön hissəsində olan 40 hektar ərazidə terraslarda meşəliklər də salınacaq. Meşə ərazisində yerli ağac, kol tinglərinə üstünlük veriləcək. Lahiyə ümumilikdə 105 hektar ərazini əhatə edir. Bu ilin iyul ayında tikinti və torpaqlama işlərinə start verilib. Layihə 2024-cü ilin birinci yarımilində başa çatdırılacaq və mərkəz fəaliyyətə başlayacaq", - V.Kərimov əlavə edib.