Biz Ukraynanın tərəfini tutduq. Biz birinci olmuşuq və səhv etmirəmsə, Ukraynaya səhra xəstəxanası göndərən yeganə ölkə olaraq qalırıq, biz Ukraynaya humanitar yardım göndərmişik və göndəririk. Əlbəttə, biz BMT-də səs verdik və həm işğalın özünü, həm də Buçadakı qətliamı qınadıq, tamamilə birmənalı şəkildə pislədik.
"Unikal" xəbər verir ki, bunu İsrailin baş naziri Yair Lapid deyib.
Yair Lapid hesab edir ki, "Dəmir günbəz" hava hücumundan müdafiə sistemləri Ukraynaya çatdırılsa, bu, "sərhəd keçidi" olacaq.
O, ölkəsinin Ukraynaya silah tədarükü etməyəcəyini bildirib: "Amma mən İsrailin baş naziriyəm və İsrailin milli və müdafiə maraqlarını nəzərə almaq mənim borcumdur. Bu baxımdan çox ciddi məsələlər həll edilməlidir. Mən mürəkkəb suallara sadə cavablara inanmıram. Ukraynaya silah verən nə amerikalılar, nə də ingilislər öz HHQ-ni Rusiyanın tank kolonlarını bombalamağa göndərməyiblər. Hər kəs onların müdafiə maraqlarını nəzərə alır, mən də tam eyni şəkildə hərəkət edirəm".
Ağarza Elçinoğlu