Qəbələdə bacısını və dayısı oğlunu bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qəbələ rayonunun Zarağan kəndində baş verib. Belə ki, sərxoş vəziyyətdə olan Sədi Məmmədov (soyadlar şərtidir) bacısı Gülnarə Məmmədova ilə dayısı oğlu Murad Əliyevi yataqda yaxın münasibətdə olarkən tutub. O, dayısı oğluna 7, bacısına isə 8 bıçaq zərbəsi endirib.
Cinayəti törədən S.Məmmədov dayısına məxsus "Hyundai" markalı avtomobillə hadisə yerində qaçmağa çalışıb, amma Savalan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarına yuvarlanıb. Avtomobil yararsız hala düşdüyündən o, piyada Ağdaş rayonuna gedib.
Zərərçəkmiş şəxslər isə xəstəxanaya çatdırılıblar və onların həyatını xilas etmək mümkün olub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədi Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti versə də, onun şikayəti təmin edilməyib.
Seymur Əli