
Bu ilin iyununda İranda prezident seçkisi keçiriləcək. Prezidentliyə namizəd, Hizbullah Partiyasının lideri Ayətullah Seyid Məhəmməd Bager Harrazi, seçki şüarını açıqlayıb. Lent.az-ın xarici mənbələrə istinadən verdiyi məlumata görə, Harrazi seçildiyi təqdirdə Azərbaycanı, Ermənistanı , Tacikistanı İrana birləşdirəcəyini və ölkəsinə tətbiq olunan bütün sanksiyaları aradan qaldıracağını vəd edib.
Qeyd edək ki, prezident seçkilərində spiker Əli Laricani qalib gələ bilər. O, daha şanslıdır.