Bu günə Ağcabədi rayonunda sahələrdən 16 min tondan çox pambıq yığılıb.
"Unikal" xəbər verir ki, bu barədə Kənd Təsərüffatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda rayon üzrə orta məhsuldarlıq 14 sentner təşkil edir. Bu il Ağcabədi rayonunda 11 838 hektar sahədə pambıq əkini aparılıb.
Qeyd edək ki, Respublika ərazisində məhsul yığımı prosesinə 447 pambıqyığan kombayn və 3 085 traktor yedəyi cəlb olunub. Texnikaların sayı məhsulun 100 %-ə yaxınını mexaniki üsulla yığmağa imkan verir.
Bu il ölkə üzrə 16 rayonda 100 min hektardan artıq sahədə pambıq əkilib. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad, Bərdə, Salyan, Neftçala və Beyləqan rayonları ərazisində əkilib. Bu rayonlarda pambıq sahələrinin həcmi 8 min hektardan çoxdur.