Qazaxda bıçaqlanan şəxsin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildiriib.

Onun sözlərinə görə rayon sakini  2002-ci il təvəllüldü Əli Məmmədov  həm yerlisi 1997-cu il təvəllüdlü Elşən Rəfiyevi şəxs münasibətlər zəmnində  bıçaqlayıb.Yaralı xəstəxnaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir. DİN rəsmisi qeyd edib ki,  Ə.Məmmədov cinayəti törədikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində axtarışlar davam edir

20:35

Qazaxda 25 yaşlı oğlan bıçaqlanıb.

"Unikal" xəbər verir ki, rayon sakini 1997-ci il təvəllüldü gənc oğlan bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal 25 yaşlı oğlan əməliyyat edilib,vəziyyətinin kafi olduğu bilirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov