Deputat Vüqar Bayramov İran-Ermənistan münasibətləri ilə bağlı paylaşım edib.
"Unikal"ın məlumatına görə, deputat bildirib ki, adıçəkilən ölkələrin münasibətlərində bir sıra maraqlı və müəmmalı məqamlar aşağıdakı kimidir:
1. İran hazırda Ermənistan ərazisi hesab edilən Qərbi Zəngəzurda konsulluq açan yeganə ölkədir;
2. İran Ermənistanın Azərbaycanla 2 kilometrlik sərhədində rəsmi nümayəndliyi olan yeganə ölkədir;
3. İran Ermənistan ilə ticarət dövriyyəsini 3 dəfə artırmağı hədəfləyən yeganə ölkədir. Tehran ticarət dövriyyəsini il ərzində 1 milyard dollara, daha sonra 3 milyard dollara çatdırmağa çalışır;
4. İran Ermənistanla iqtisadi əlaqələrini bu il 40 faizdən çox artıran yeganə ölkələrdəndir. Bu ilin 8 ayında iki ölkə arasındakı ticarə dövriyyəsi 43.0 % artıb;
5. İran Ermənistanın xarici ticarət dövriyyəsində ilk üçlüyə daxil olub;
6. Tehranın istədiyi kimi ticarət dövriyyəsi 3 milyard dollar olarsa, o zaman İran Ermənistanın ən böyük ticarət tərəfdaşı olacaq.
V.Bayramov əlavə olaraq qeyd edib ki, Avropa İttifaqı İran dronlarının Ukraynaya qarşı istifadəsinə görə ötən gün Tehrana qarşı yeni sanksiyaların tətbiqini razılaşdırıb.