Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gəlib.

"Unikal" xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

*** 10:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfərə gedəcək.

"Unikal" "Sputnik Georgia"ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.

Məlumata görə,  görüşdən sonra İlham Əliyev və Qaribaşvili birgə mətbuat konfransı keçirəcəklər.

Gülayə Mecid