" “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilmişdi. O vaxtdan indiyə qədər çox dəyişiklik olub, Avropada siyasi sahədə ciddi dəyişikliklər baş verib və bu yeniliklərin Azərbaycana gətirilməsi də zəruri idi".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Əli Hüseynli parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi zaman deyib.
Vitse-spiker bildirib ki, Milli Məclis mövcud qanunda ciddi dəyiliklik edib, partiyaların maliyyələşməsi ilə bağlı məsələ öz həllini tapıb.
“Lakin məqsədimiz beynəlxalq təcrübəyə uyğun mütərəqqi qanun layihəsi hazırlamaqdır”.