" “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi qəbul edildikdən sonra bəziləri görəcək ki, sənəd hansısa partiyanı ləğv etmək məqsədi daşımır”.
"Unikal" xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
O bildirib ki, qanun layihəsi yeni çağırışlara uyğundur və Venesiya Komissiyasının təkliflərinə əsaslanır:
“Bəziləri isə yeni qanun layihəsini az qala Azərbaycan-Ermənistan cəbhəsinə çevirməyə çalışır. Qanun layihəsi qəbul edildikdən sonra görəcəklər ki, məqsəd hansısa partiyaya qarşı deyil”.