" “Siyasi partiyalar haqqında” qanun layihəsi kollektiv düşüncənin məhsuludur və onun konkret bir müəllifi yoxdur".
"Unikal" xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
O bildirib ki, 1992-ci illə müqayisədə siyasi partiyaların siyasi səhnədə aktivliyi artıb ki, hazırda qüvvədə olan qanunvericilik buna adektvat cavab vermir:
“Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, bu formatda qanun layihəsini müzakirə edir. Düşünürəm ki, bu, Azərbaycanın siyasi sistemində bir ilkdir. Hər bir qanun layihəsini zəruri edən amillər və şərtlər var. Qanunun konsepsiyası siyasi partiyaların siyasi sistemdə yerinin və rolunun artırılmasıdır. Bu, ölkədə həyata keçirilən siyasi islahatların məntiqinə uyğundur".