“Adam tanıyıram ki, cibində 5 partiyanın üzvlük vəsiqəsini gəzdirir. Eyni anda 5 partiyanın üzvüdür”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, elə adam var ki, bütün partiyaların tədbirində iştirak edir: "Gah YAP-ın, gah "Müsavat"ın, gah da digər partiyaların tədbirlərində görürsən. Bu ən azından etik deyil”.
Deputat qeyd edib ki, yeni qanun layihəsinə əsasən, partiya üzvlərinin reyestrinin aparılması gözlənilir ki, bu da müsbət haldır: “Hansı partiyanın nə qədər üzvü olduğu məhz bu reyester vasitəsilə bilinəcək”.