"Azərbaycanda əksər partiyaların sədrini və üzvlərini tanıyan da yoxdur".
"Unikal" xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri, deputat Təhir Kərimli parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, siyasi partiyalarla bağlı qanunun yenilənməsinə ciddi ehtiyac var idi:
"Əgər səhv etmirəmsə, ölkədə dövlət qeydiyyatına alınmış 58 siyasi partiya var. Ümumilikdə isə 100-dən çox siyasi partiya mövcuddur. Hətta bu gün ölkədə partiyaların əksəriyyəti bir şəxsin nüfuzu ətrafında formalaşır".