Keniya polisi Maqadi bölgəsindən Nayrobiyə avtomobili ilə gedərkən güllələnən pakistanlı jurnalist Şəriflə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki,  açıqlamada Şərifin tapıldığı avtomobilin uşaq qaçırma hadisəsi ilə məşğul olan avtomobilə bənzədiyi və keçid məntəqəsində “Saxla” xəbərdarlığına əməl etmədiyi üçün polisin ona atəş açdığı paylaşılıb.

Şərifin polisin "təsadüfən" açdığı atəş nəticəsində öldüyü bildirilən açıqlamada, "Polisin dayan xəbərdarlığına tabe olmadılar və maşının sürətini artırdılar. Polis atəş açdı və avtomobil aşıb”, - deyə ifadə edilib.  

***12:04

Pakistanlı jurnalist və televiziya şou aparıcısı Ərşad Şərif Keniyanın paytaxtı Nayrobidə naməlum şəxslərin silahlı hücumu nəticəsində öldürülüb.

"Unikal" xəbər verir  ki,  bu  barədə jurnalistin yoldaşı Javeria Siddiqui "Twitter" hesabında paylaşım edib.  

Jurnalistin ölümündən sonra prezident Arif Alvi və baş nazir Şahbaz Şərif başda olmaqla bir çox insan başsağlığı mesajı yayıb.

Şərifin bir çox həmkarları da jurnalistin qətlindən üzüntülərini sosial şəbəkədə bildiriblər.

Bəzi jurnalistlər Şərifin ölümündə hökuməti və ordunu günahlandırıb.

Keçmiş baş nazir İmran Xanın qatı tərəfdarı olan Əşrf Şərif, Şahbaz Şərif hökumətini və ordusunu sərt tənqid etməsi ilə tanınırdı.

Gülayə Mecid