"Mən burada özümü evdəki kimi hiss edirəm. Yenidən Gürcüstanda olmağıma çox şadam. Baş nazir İrakli Qaribaşvili ilə görüşlərimiz tez-tez keçirilir".
"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında söyləyib.
“Təkcə keçən il cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz tez-tez görüşürük. Əminəm ki, bugünkü səfər Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamışlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.