22-23 oktyabrda Sloveniyanın Slovenc Qradek şəhərində sayca 46-cı Açıq Koroska 2022 turniri keçirilib.
"Unikal” Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, U-15 və U-18 yeniyetmələr arasında keçirilən beynəlxalq yarışda 22 ölkədən 602 idmançı medallar uğrunda mübarizə aparıb.
Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, idmançılarımız 24-26 oktyabr tarixlərində Sloveniyada təşkil olunacaq təlim-məşq prosesinə qatılacaqlar.