Kreml Rusiya prezidenti Vladimir Putinin Rusiyaya dəvət olunan Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan görüşünün tarixini hələlik açıqlamayıb .

"Unikal" xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi üçtərəfli danışıqların tarixi ilə bağlı sualı cavablandırıb:

"“Zirvə görüşünə hazırlıq gedir. Biz sizə əlavə məlumat verəcəyik".

Bakı və İrəvandakı mənbələrinə görə, sammit gələn həftə baş tuta bilər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl bildirib ki, Putin Azərbaycan və Ermənistan liderlərini üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrini müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib.

Putin, Əliyev və Paşinyan arasında əvvəlki üçtərəfli danışıqlar 2021-ci ilin noyabrında Soçidə baş tutub. 

Gültəkin Ələsgər