Ermənistan dilənçi gününə düşdü
11:48 06-03-2013
CƏMİYYƏT
Erməni lobbisi imtina etdi
Son zamanlar Ermənistan hakimiyyəti ilə erməni lobbisi arasında dərin çatlar yaranıb. Hələ bir il öncə məhşur bəstəkar və erməni lobbisinin simalarından olan Şarl Aznavur bunu açıq şəkildə bildirmişdi və Ermənistan hakimiyyətini saxtakarlıqda ittiham etmişdi. Ermənistanda daxili soyqırım baş verir, Ermənistan hökuməti öz gənclərinə nəfəs almağa imkan vermir, ölkəni gənclərdən məhrum edir – onlar çıxıb getməyə məcbur olurlar. Bu fikirlər bir zamanlar hər il Ermənistana milyonlarla manat pul göndərən Şarl Aznavur deyib.
O , daha sonra bildirmişdi: “Ermənistan əzab çəkir və günü gündən boşalır. Bu, kimin üçün faydalıdır? Bir neçə mafiya başçılarına? Minlərlə bədbəxt insanlar dünya üzrə səpələnir.
Burada insanlara kömək etmək üçün heçnə edilmir. Əksinə, mən mafiya üzvləri haqqında dəhşətli əhvalatlar bilirəm. Onlar elə edə bilərlər ki, kəndli öz torpağında ac-yalavac qalsın. Bu mafiya üzvlərini güllələmək lazımdır.Mafiya olmaq istəyirsinizsə, öz mafiyanızı başqa ölkədə qurun.Məhz bu açıqlamasından sonra o, Ermənistana pul verməkdən imtina etmişdi. Xatırladaq ki, dünya erməni lobbisi ildə ən azından iki dəfə marafonlar təşkil edir və on milyonlarla dollar pul yığılaraq Ermənistana ötürülürdü. Amma erməni lobbisinin başqa üzvləri də son bir ildə bu marafonlarda iştirakdan imtina etdilər və əsaslandırdılar ki, verdikləri pullar xalqa yox, hakimiyyətdə olan mafiozlara çatır. Hadisələrin belə şəkil aldığını görən Ermənistan hakimiyyəti xaricdə ki, müəyyən qanadlarından istifadə edərək cəza dəstəsi tipli bir təşkilat yaratmağa çalışdı. “Azad Ermənistan Ordusu” adlı təşkilat yarandığını bəyan etdi və bildirdilər ki, dünyada yaşayan ermənilər siyahıya alınacaq və sabah Qarabağ problemi baş qaldırarsa, döyüşə yollayacaqlar. Kimlərsə buna etiraz edərsə cəzalandırılacaq. Əslində isə niyyət başqa idi. Məhz bu təşkilatın vasitəsi ilə Ermənistana yardım vermək istəməyənləri cəzalandırmaq planlaşdırılmışdı. Hətta təşkilat yaranandan bir neçə gün sonra bir neçə tanınmış erməni milyonerini xəyanətkar elan etdilər. Amma ümumilikdə erməni lobbisi bunun əleyhinə oldu və Ermənistan hakimiyyətinin dəstəyi ilə yaradılan təşkilat ləğv olundu. İndi isə aydın olur ki, ötən illərlə müqayisədə indi Ermənistana humanitar yardım kəskin azalıb. Görünür, "çox əzablar çəkmiş" bu Cənubi Qafqaz ölkəsi bura humanitar yardım göndərən donor ölkələri qıcıqlandırmağa başlayıb.
Belə ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına görə, 2013-cü ilin yanvar ayında Ermənistana cəmi 240 ton yardım daxil olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 10 dəfə azalıb. Yardımın kimə, necə və nə vaxt paylanması isə tam məxfi saxlanılır.
Görünür, elə buna görə də dünyanın ən iri erməni icması olan ABŞ erməni icması yardımın gətirilməsini kəskin şəkildə azaldıb. Elə həmin Milli Statistika Xidmətinin məlumatlarına görə, bu ilin yanvar ayında ABŞ-dan Ermənistana göndərilən yardımın həcmi cəmi 337 min dollar təşkil edib. Bu, keçən ilin yanvarı ilə müqayisədə 5 dəfədən də azdır.Ekspertlər bunu da bildirir ki, erməni lobbisini həm də əsas qıcıqlandıran məsələ budur ki, Ermənistana nə qədər yardım ayrılırsa, ermənilərdə bir o qədər ölkəni tərk etmək zorunda qalırlar. Tək bu bildirilir ki, son bir neçə il ərzində 300 min erməni ölkəni bir dəfəlik tərk etmək məcburiyyətində qalıb. Müşahidəçilər hesab edir ki, erməni lobbisi yaxın illərdə də bu yardımların artırılmasına razılıq verməyəcəklər. Çünki hakimiyyətdə yenə Serj Sarksyandır və siyasi gündəmdə heç nə dəyişməyib. Məhz bunu nəzərə alan Serj Sarksyanda ümidini Rusiyaya bağlayıb. Demək olar ki, Ermənistanda iri sənaye müəssisələrinin əksəriyyəti Rusiyaya satılıb. İndi isə Serj Sarksyan yerdə qalan bəzi strateji obyektləri də Rusiyaya verməklə vəziyyətdən çıxmaq istəyir. Ekspertlər hesab edir ki, Rusiyada öz növbəsində bundan istifadə edərək Ermənistan iqtisadiyyatını tam olaraq nəzarətlərinə götürməyə çalışırlar. Digər tərəfdən isə Rusiya Ermənistandakı hərbi bazalarını böyütdü və indi də yeni desant birləşmələrini Ermənistana gətirməyə hazırlaşır. Bu isə bütövlükdə Ermənistanın işğalı deməkdir.
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00