Türkiyə ilə Ermənistan arasında aparılan danışıqların təfərrüatlarını dəyərləndirən diplomatik mənbələr prosesin müsbət keçdiyini vurğulayıb.
"Unikal" xəbər verir ki, bəyanatda bildirilən məlumata görə, sərhədlərin açılması üçün diqqət Bakı-İrəvan sülhünə yönəlib.
"Sülh müqaviləsi imzalansa, bu vəziyyət bütün bölgədə nəzərə çarpacaq dərəcədə təsir göstərəcək", - türkiyəli nümayəndə bildirib.
Normallaşma prosesinin xüsusi nümayəndələri səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında iyulun 1-də keçirilən görüşlərdə qəbul edilən qərarların yerinə yetirilməsinə töhfə vermək üçün Ekspertlər Komitəsinin yaxın vaxtlarda toplanacağı qeyd olunub. Digər tərəfdən, xüsusi nümayəndələr arasında növbəti görüşün Türkiyədə keçirilməsi gözlənilir.
Ağarza Elçinoğlu