Azərbaycanın 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 mln. 300 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 min manat təsdiq ediləcək.
"Unikal" xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə bildirilib ki, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 milyon manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.
Qeyd edək ki, ötən ilin dövlət büdcəsində dövlət borclanmasının yuxarı həddi 1 mln. 100 min manat, xarici borclanmanın yuxarı həddi isə 600 min manat olub.