Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir. O, bildirib ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub. Valyuta ehtiyatında 3,5 faiz artım var. Mərkəzi Bankın ehtiyatları isə 8,4 faiz artaraq, 7,7 milyard dollara çatıb.
Çıxışında iqtisadi göstəriciləri təhlil edən Taleh Kazımov inflyasiyanın artımının səbəblərinə toxunub, Mərkəzi Bankın bu istiqamətdə atdığı addımlardan danışıb.