Oktyabrın 27-28-də Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək.
"Unikal" xəbər verir ki, Forum bütün lazımi infrastruktura malik olan Bakıda ilk dəfə keçiriləcək.Məlumata görə, tədbir çərçivəsində iştirakçılar Böyük Avrasiya məkanında iqtisadiyyat və maliyyə, səhiyyə, ekologiya, enerji və texnoloji innovasiyalar sahəsində geniş spektrli praktiki məsələləri və aktual məsələləri müzakirə edəcəklər.
“Avrasiya İqtisadi Forumu çox vacib zamanda baş tutacaq. Bu gün Böyük Avrasiyada, ilk növbədə, ticarət-iqtisadi sahədə inteqrasiya proseslərinin inkişafına böyük diqqət yetirilir. Azərbaycan Avrasiyada biznes fəaliyyətinin inkişafı mərkəzlərindən biridir və bu istiqamət üzrə strateji makroregiondur. Əminəm ki, müxtəlif ölkələrdən olan əsas məruzəçilərin iştirakı yüksək keyfiyyətli müzakirələr aparmağa və Böyük Avrasiya Tərəfdaşlığının formalaşması üzrə ümumi məqsədlərə nail olmaq üçün konkret həllərin formalaşdırılmasına imkan verəcək”, - Rusiya Federasiyası Prezidentinin müşaviri Anton Kobyakov bildirib.