Türkiyə və Ermənistan birbaşa aviadaşımalar, sərhədlərin üçüncü ölkə vətəndaşları üçün açılması məsələlərini müzakirə edəcəklər.
"Unikal" xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Vahan Hunanyan “Armenpress”ə bildirib.
“Bununla bağlı tezliklə iki ölkənin müvafiq qurumlarının təmsilçilərinin danışıqları baş tutacaq”, - deyə XİN rəsmisi bildirib.
Hunanyan hazırda Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünə dair hər hansı bir razılaşmanın olmadığını qeyd edib.