Saakaşviliyə əks bəyanat
12:01 06-03-2013
CƏMİYYƏT
Azərbaycanla bağlı planlar aşkarlanır
Gürcüstan prezidenti Mixail Saakaşvilinin bu günlərdə verdiyi bəyanat hələ də ciddi müzakirə olunmaqdadır. Qeyd edək ki, Azərbaycana səfərini başa vuraraq ölkəsinə qayıdan Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflis aeroportunda jurnalistlərə verdiyi açıqlamada Rusiyanın Gürcüstanda həyata keçirdiyi ssenarini Azərbaycanda təkrarlamaq niyyətində olduğunu bildirib və qeyd edib ki, Moskva bu ssenari üzrə Azərbaycanda da hakimiyyət dəyişikliyi planlaşdırır.
Hətta bir azda uzağa gedərək bildirmişdi ki, bu işi azərbaycanlı Söyün Sadıqovla, Vahid Ələkbərov vasitəsi ilə reallaşdırmaq istəyirlər. Bu bəyanatdan sonra adı çəkilən hər iki şəxs təkzib bəyanatı ilə çıxış etsələrdə əksər ekspertlər bildirdi ki, həqiqətəndə Rusiya regionda təsir imkanlarını artırmaq üçün belə addım atmağa hazırdır və bunu hər zaman gözləmək lazımdır. Bu arada Gürcüstanın özündə də prezidentin bəyanatı ajiotaj yaratdı. Gürcüstanın müdafiə naziri bunu dövlətə qarşı təxribat kimi dəyərləndirdi. Daha sonra isə baş nazir İvanişvili Saakaşvili ilə təklikdə görüş keçirtdi və onun verdiyi bəyanatla bağlı qapılar arxasında danışıqlar davam etdirildi. Bundan sonra isə İvanişvilidə bəyanatla çıxış etdi. “Gürcüstan prezidenti Mixail Saakaşvilinin bəyanatı ölkənin Xarici İşlər Nazirliyi ilə razılaşdırılmayıb və hökumətin mövqeyini əks etdirmir”.
Bu bəyanatla Gürcüstanın baş naziri Bidzina İvanişvili çıxış edib.
O, prezidenti son günlər bir neçə dəfə məsuliyyətsiz bəyanatlar verməkdə günahlandırıb: “Onun bu bəyanatları Gürcüstan hökumətinin Avropaya və Avroatlantika məkanına inteqrasiya kursuna ziddir. Bu ilin oktyabrında Saakaşvilinin prezidentlik müddəti başa çatır. O dövrə kimi prezident öz təşəbbüsü ilə hərəkət edir, onun səfərləri Xarici İşlər Nazirliyi ilə koordinasiya olunmur və verdiyi bəyanatlar Gürcüstan hökumətinin mövqeyini əks etdirmir. Cənab Saakaşviliyə ölkənin yeni hökuməti üçün əlavə problemlər yaratmamağı məsləhət görürəm. Biz buna təəssüf edir və prezidentin bəyanatından xoşagəlməz vəziyyətə düşən ölkələrdən üzr istəyirik”.
Bidzina İvanişvili söhbətin prezidentin konkret hansı bəyanatından getdiyini açıqlamayıb.Amma ekspertlər hesab edir ki, İvanişvilinin narahatçılığının kökündə başqa məsələ durur.Bu isə özünün Rusiyanın adamı kimi xarakterizə edilməsidir ki, bunun da nəticəsində ciddi nüfuz itkisinə məruz qalır. Qarşıdan isə prezident seçkiləri gəlir və Saakaşvilinin bu bəyanatları onun nüfuzuna təsir edir. Maraqlıdır ki, İvanişvili açıqlamasında həm də bildirib ki, prezidentin bəyanatından xoşagəlməz vəziyyətə düşən ölkələrdən üzr istəyirik. Söhbət sözsüz ki, həm də Azərbaycandan gedir. Bəs Saakaşvilinin bu bəyanatı Azərbaycanı həqiqətənmi xoşagəlməz duruma salıb? Ekspertlər bildirir ki, əslində Saakaşvilinin bu çıxışından öncə də Azərbaycanda artıq belə bir fikir var idi ki, Rusiya “Milyarderlər İttifaqının” yaradılmasında iştirak edir və növbəti mərhələdə aydın oldu ki, həqiqətəndə bu təşkilatda olan müəyyən şəxslər Azərbaycanın daxili işlərinə müdaxilə edir və bütün güclərini prezident seçkilərinə yönəldiblər. Bu məsələdə Söyün Sadıqovla, Rüstəm İbrahimbəyovun adını xüsusi ilə çəkmək vacibdir. Məhz bu proseslərdən sonra aydın oldu ki, Kreml Azərbaycanda öz maraqlarını təmin etmək üçün kənar güclərdən istifadəyə başlayıb. Bu baxımdan Saakaşvilinin açıqlaması yenilik deyildi. Amma dünənə qədər Kremlin bu planı haqqında Azərbaycanda orta ranqlı məmurlar açıqlamalar verirdilərsə, bu dəfə bir ölkənin prezidenti səviyyəsində belə bir bəyanat səsləndirildi. Bu isə Azərbaycanın maraqlarına tam cavab verdi və bir daha aydın oldu ki, hadisələr heç də göründüyü kimi deyil. Amma Saakaşvilinin bu açıqlaması Rusiya üçün xoş olmadı. Bir daha aydın oldu ki, Rusiya avtoritar meyillərdən əl çəkməyib və region üçün yeni savaşa start verib. Görünür Saakaşvilinin bu bəyanatı da Avropa və ABŞ üçün bir mesaj idi ki, regiondakı proseslərə müdaxilə etsinlər. Bu isə məsələnin daha da ciddiləşməsinə təsir etdi. Beləliklə aydın olur ki, Saakaşvilinin atdığı daş hədəfə dəyib və bunun əks-sədası hələ olacaq.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50