"Yuventus" baş məşqçi Massimiliano Alleqri ilə yollarına davam edəcək.
"Unikal" xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Benfika"ya qarşı 3:4 hesablı məğlubiyyətə görə 55 yaşlı mütəxəssis qovulmayacaq. Klubun prezidenti Andrea Anyelli müqaviləsinin müddəti başa çatana qədər (2025-ci ilin yayı) Alleqrinin Turin təmsilçisinə baş məşqçilik etməsini istəyir.
Qeyd edək ki, "Qoca Sinyora" 9 ildən sonra ilk dəfə ÇL-in 1/8 finalına çıxa bilməyib.