Rövşən Mürvət oğlu Rüstəmov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, o, bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri Cavid Qurbanov cari ilin mayın 24-ü Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunub.