“Bunun final oyunu olduğu aydındır. İkinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik”.
"Unikal" report-a istinadən xəbər verir ki, bunu “Nant”ın baş məşqçisi Antuan Kombuare Fransada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis bütün zədəlilərin sıraya qayıtdıqlarını bildirib:
“Nitsa”ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik”.
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant”-“Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.