İlkay Gündoğan karyerasını yenidən Almaniyada davam etdirə bilər.
"Unikal" xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi “Bavariya”nın maraq dairəsindədir.
Futbolçunun özü də Bundesliqaya qayıtmaq niyyətindədir. Amma mançesterlilər də onunla müqavilə uzatmaq istəyir. İlkay qərar verməyə tələsmir. O, Qətərdə keçiriləcək DÇ-2022-dən sonra gələcək karyerası ilə balı suala aydınlıq gətirəcək.
Qeyd edək ki, 2016-cı ildən “şərhərlilər”in formasını geyinən futbolçu 268 oyunda 51 qola imza atıb.