UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Barselona" 0:3 hesabı ilə "Bavariya"ya məğlub olub.

"Unikal" xəbər verir ki, "Barselona"nın futbolçusu Pedri oyundan sonra komandasının ÇL-də oynamağa layiq olmadığını dilə gətirib:

"Barselona" qrupdan çıxmalı idi, bunu bacarmadığımız üçün Çempionlar Liqasında oynamağa layiq deyilik. Komandamız gəncdir, böyük transferlər həyatı keçirdik. Lakin bunlar ÇL-də mübarizə aparmağımız üçün kifayət olmadı. Bu tam bir xəyal qırıqlığıdır. Bəzi şeylər çatışmır, özümüzü tənqid etməyi bacarmalıyıq".

Qeyd edək ki, Kataloniya təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.