Avropa Mərkəzi Bankı kreditlər üzrə baza uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 2 faiz səviyyəsində müəyyən edib.
"Unikal" xəbər verir ki, bu barədə qərar Bankın İdarə heyətinin bugünkü iclasında qəbul edilib.
Eyni zamanda, Avropa Mərkəzi Bankı depozitlər üzrə uçot dərəcəsini 1,5 faiz, qısamüddətli kreditlər üzrə uçot dərəcəsini 2,25 faiz səviyyəsinədək artırıb.
Avropa Mərkəzi Bankı bununla uçot dərəcələrini ard-arda ikinci dəfə artırıb. Qurum növbəti iclasda da faiz dəhlizinin artırıla biləcəyini istisna etməyib.