Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 863 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 318, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 171, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 313, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.Vurulan vaksinlərin ümumi sayı 13 909 465, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 584, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 115, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 385 875, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 891 nəfər təşkil edir.