Aİ müşahidəçiləri Ermənistan - Azərbaycan sərhədində ilk patruluna çıxıblar.
"Unikal" xəbər verir ki, bu barədə Sputnik Ermənistan xəbər yayıb.
“Növbəti iki ay ərzində Aİ-nin Müşahidə Missiyası etimad mexanizmlərini gücləndirmək və sərhəd komissiyalarının işinə töhfə vermək üçün Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqini aparacaq”, - deyə məlumatda bildirilir.
Mülki missiyanın yaradılması ilə bağlı qərar oktyabrın 6-da Praqada Ermənistan, Azərbaycan, Fransa liderləri ilə Avropa Şurasının rəhbəri arasında keçirilən görüşdən sonra verilib .
Bundan əvvəl Avropa İttifaqının Ermənistan və Azərbaycan sərhədində monitorinq missiyasının yerləşdirilməsinə başladığı barədə məlumat yayılmışdı.
Gültəkin Ələsgər