Moldova millisinin Azərbaycan və Rumıniya ilə yoldaşlıq oyunları üçün ilkin heyəti açıqlanıb.
"Unikal" report-a istinadən xəbər verir ki, baş məşqçi Sergey Kleşenko birinci mərhələdə yalnız legionerlərə dəvət göndərib.
50 yaşlı mütəxəssisin yığmaya çağırdığı 18 futbolçu arasında oğlu Niki Kleşenko və Ermənistan "Pünik"ində çıxış edən Yevgeni Koçuk da var. Koçuk Azərbaycanda "Səbail", "Sabah" və "Keşlə" (indiki "Şamaxı") klublarının formasını geyinib.
Qapıçılar: Dorian Raylyan ("Unirya Dej", Rumıniya)
Müdafiəçilər: İqor Armaş ("Voluntar", Rumıniya), Vyaçeslav Posmak ("Boluspor", Türkiyə), Oleq Ryabçuk ("Olimpiakos", Yunanıstan), Artur Kraçun ("Hapoel" Kfar Saba, İsrail), Daniel Dumbravanu ("Apoel", Kipr), Yuri Yovu ("İstra", Xorvatiya)
Yarımmüdafiəçilər: Artur Yonitse ("Piza", İtaliya), Vadim Ratse ("Voluntar"), Yevgeni Koçuk ("Pünik", Ermənistan), Mixail Kaymakov ("Torpedo", Rusiya), Kristian Dros ("Slaviya", Belarus), Nikita Motspan ("Hapoel" Hayfa, İsrail), Viktor Stıne ("Panserraikos", Yunanıstan)
Hücumçular: Yon Nikolaesku ("Beytar", İsrail), Vitali Damaşkan ("Voluntar"), Virciliu Postolaki ("UTA Arad", Rumıniya), Niki Kleşenko ("Sion", İsveçrə)
Qeyd edək ki, noyabrın 16-da Azərbaycan millisi ilə qarşılaşacaq Moldova seçməsi, 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.