"Biz uzun illərdir ki, erməni tərəfi ilə dialoq aparırıq və Qarabağla bağlı məsələni aşağıdakı şəkildə həll etməyi təklif etmişik. Axı Ermənistan faktiki olaraq Azərbaycanın yeddi rayonuna nəzarət edirdi. Dedik: gəlin münasibətlərin normallaşmasına doğru gedək".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” Diskussiya Klubunun iclasında deyib.
“İki rayon var - Kəlbəcər və cənubda dəhliz (Laçın nəzərdə tutulur - red.). Böyük ərazilər. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşacağıq, bu 5 rayonu verəcəyik. Onlar lazımdır, onlar boşdurlar və bu mənasızdır. Bu ərazilərdən gedən insanlar, əslində, qovulmuşlar. Onları saxlamağın mənası yoxdur. Qarabağla ünsiyyət üçün isə iki nəhəng rayon kifayətdir və biz inanırıq ki, qaçqınların qaytarılması ədalətli olardı və s. Bu, bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım olardı. Amma Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Bu, bu gün yaranmış vəziyyətə gətirib çıxardı”, - Putin vurğulayıb.
Gültəkin Ələsgər