"Uçot dərəcəsinin artırılması ilk növbədə xarici amillərlə bağlıdır".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı İdarə heyətinin sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 3,1 dəfə, qeyri-neft ixracı 17 faiz artıb, eyni zamanda enerji ehtiyatları qiymətləri yüksəlir:
"2022-ci ilin sonunda neftin barelinin 98,2 dollar, 2023-cü ildə 85,52 dollar olacağını gözləyirik. Bu, bizə ölkənin stabil iqtisadi artımının dəstəklənməsi üçün təməl yaradır".
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,75 %-dən 8 %-ə qaldırılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 5 %, yuxarı həddi isə 9,25 % müəyyən olunub.