"İnkişaf getdikcə, iqtisadiyyat müəyyən mənada mürəkkəbləşir və daha böyük kapital tutumlu layihələrə ehtiyac yaranır".
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, qanun layihəsi həm xaricdən, həm daxildən özəl investisiyaların cəlb edilməsinə imkan verəcək. “Dövlət daha az kapital qoymaqla daha çox iş görə biləcək və əsas diqqəti qanunvericiliyin təkmilləşdirilməsinə, istehlakçıların hüquqlarının daha yaxşı təmin edilməsinə və digər sahələrə yönəldəcək. Bu qanun layihəsinin perspektivi böyükdür. Qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübə nəzərə alınıb”.
M.Cabbarov qeyd edib ki, qanun layihəsində neft-qaz sahəsi, elektrik enerjisi və bərpa olunan enerji istehsalı istisna olunub, çünki bu sahələr ayrıca qanunlarla tənzimlənir.