“Bankdan kredit götürmək üçün o qədər sənəd, arayış istəyirlər ki, vətəndaş onu tapana, gətirənə qədər mövsüm bitir, heç nə də əkə bilmir".
"Unikal" xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisdə “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"5 min manatdan 25 min manata qədər olan kreditlər sürətlə verilsin. Doğrudur, burada sahibkarın məsuliyyəti də nəzərə alınmalıdır”, - deyə deputat bildirib.