“Bu layihə dövlətə lazımdır. Bizə lazım olan layihələri biz müəyyənləşdiririk”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, İqtisadiyyat Nazirliyi Rəqabət Məcəlləsinin mümkün qədər tez ərsəyə gəlməsi üçün çalışır, hətta o olmadığı halda mövcud qanunlarda bunu nəzərə almağa çalışır:
“Dövlət-özəl tərəfdaşlıq formatının yaradılması rəqabətin yaradılmasıdır. Bu qanun o sahələrdə yaradılır ki, həmin sahələrdə rəqabət yoxdur. Biz olmayan yerlərə rəqabəti gətiririk”.