“Mən 2013-cü ildən ilk dəfə nazir kimi fəaliyyətə başlamışam. Bu 9 ildə bir dəfə açıq çıxışımda cənab Prezidentdən qanunun keçirilməsi ilə bağlı dəstək istəmişəm. Bu da məhz bu qanundur”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Niyə? Çünki biz bu qanunun razılaşmasını iki ildən çoxdur edirik. Sizə elə gələ bilər ki, qanun layihəsinin mətni asanlıqla tənzimlənib. Amma bu, belə deyil. Bu nəticə etibarilə hökumətin qoyduğu proseslərlə tətbiq etdiyi mətndir.
Ona görə də mən burada olan bəzi şeyləri fərqli ifadə etmək istəyərdim. Amma mən məmuram və mənim funksiyam bu təqdim olunan mətni müdafiə etməkdir”, - deyə Mikayıl Cabbarov qeyd edib.