Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, Gəncədə piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mövcud olan yeraltı keçidlər növbəti dəfə təmir olunub.

"Unikal" xəbər verir ki, təmir işləri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmir-tikinti və Qəza xidməti şöbəsi tərəfindən şəhərin Heydər Əliyev və Nizami Gəncəvi prospektlərinin kəsişməsində, Şah İsmayıl Xətai prospektində yerləşən yeraltı keçidlərdə aparılıb. Keçidlərin tavan hissələri, pilləkənları, tutacaqları, pandusları təmir olunub. Keçidin daima işıqlı olması məqsədilə müasir lampalar quraşdırılıb. 

Qeyd edək ki, dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı əsasında təmir olunan keçidlər bəzi vətəndaşların laqeyd münasibəti nəticəsində yararsız vəziyyətə salınır. Odur ki, sakinlərdən bir daha keçidlərə və digər mühüm dövlət əhəmiyyətli obyektlərə qarşı diqqətli olmağı xahiş edirik.