Uşaqlara qarşı cinsi istismar edən şəxs valideynlik hüququndan məhrum ediləcək.

"Unikal" xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. 

Dəyişikliklə, valideynlər (onlardan biri) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququndan məhrum ediləcək.