"Barselona"nın baş məşqçisi Xavi gələcək karyerasından danışıb.
"Unikal" xəbər verir ki, 42 yaşlı mütəxəssis komanda ilə titul qazanmasa Kataloniya təmsilçisinə yeni baş məşqçi təyinatının olması gərəkdiyini söyləyib:
"Hazırda bu layihədən əminəm. Cari mövsüm hədəfimiz kuboklar qazanmaqdır. Nəticələr özünü göstərəcək. Nəticə olmasa, yeni baş məşqçi gələcək. Yanvar ayında transferlər? Klub rəhbərliyi çalışır, lakin hələ ki, bu barədə çalışmaq çox tezdir".
Qeyd edək ki, Çempionlar Liqasının pley-offuna çıxmaq şansını itirən "Barselona" Avropa Liqasında mübarizə aparacaq.