"Əgər bu ölkədə fəaliyyət göstərən təşkilatlar üçün faydalı olarsa, Azərbaycan Türkiyədə planlaşdırılan qaz qovşağına qaz verməyə başlaya bilər".
"Unikal" xəbər verir ki, bunu XV Verona Avrasiya İqtisadi Forumu çərçivəsində Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov deyib.
“Bu, bizim üçün yeni təşəbbüsdür, biz, əlbəttə ki, baxacağıq. Azərbaycanda qaz əsasən Azərbaycan dövləti tərəfindən deyil, beynəlxalq konsorsium tərəfindən istehsal olunur. ARDNŞ orada iştirak edir, lakin bu, BP, Lukoil, İran şirkətinin daxil olduğu konsorsiumdur və onlar üçün ən vacibi bu layihənin iqtisadi əsaslandırılmasıdır. Bundan pul qazana bilsəniz, hazır olacaqlar”, - deyə Sultanov bildirib.
Nəşr qeyd edib ki, Azərbaycanda məlum qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Eyni zamanda, ölkədə ən böyük layihə 2006-cı ildə hasilata başlanılan “Şahdəniz” yatağının işlənməsidir. Sultanovun sözlərinə görə, 2022-ci ildə Avropa İttifaqına (Aİ) qaz nəqli ötən illə müqayisədə 40% artaraq 11,5 milyard kubmetrə çatmalıdır.
Gültəkin Ələsgər