"İran hesab edir ki, Rusiya bu oyunu Ərdoğan və Əliyevə uduzub və indiki halda bu boşluq birtəhər doldurulmalıdır".
"Unikal" xəbər verir ki, bunu İrəvanda “Lazarev klubu”nun “Rusiya-Ermənistan münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda keçirilən iclasında rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, Rusiya İranla Türkiyə arasında var-gəl edir.
“İran indi guya sülh müqaviləsinin imzalanması ilə bağlı fəallıq göstərməyə başlayıb, Naxçıvanı işğal etməklə, öz qoşunlarını Qarabağ ərazisinə göndərməklə hədələyir. Tarixdə artıq ticarət əlaqələri, Hindistana, İpək Yolu uğrunda döyüşlər olub. Bu gün biz "Bir kəmər-Bir yol"u görürük, həmçinin kommunikasiya dəhlizləri uğrunda döyüşləri görürük”, - deyə Tarasov əlavə edib.
Gültəkin Ələsgər