Türkiyədə sığorta üçün hamilə arvadını uçurumdan itələyən şəxsə hökm oxunub. 

"Unikal" xəbər verir ki, həyat yoldaşını öldürməkdə təqsirləndirilən 40 yaşlı yerli sakin Hakan Aysal barəsində hökm oxunub . 

Hadisə 2018-ci ildə Fethiye şəhərində baş verib. Cütlük kurortda dincəlib, dağlara gəzintiyə çıxıb, bundan sonra kişi hamiləliyinin yeddinci ayında olan arvadını sığorta üçün uçurumdan itələyib.

Hücum edən şəxs günahını boynuna almayıb - onun sözlərinə görə, qadın geri çəkilib və özü yıxılıb. Lakin hadisənin şahidləri türkün bilərəkdən uyğun anı gözlədiyini, sonra onu itələdiyini və daha sonra köməyə çağıranda özünü “şübhəli şəkildə sakit” apardığını bildirib.

Nəticədə məhkəmə onu 30 il müddətinə ömürlük həbs cəzasına məhkum edib.

Gültəkin